Our goals - Your path

- Mühasibatlıq tərəfindən sistemə daxil edilmiş malların sifarişə uyğun göndərilməsi; mal-materialların göndərilməsi zamanı sürücülərin koordinasiya edilməsinin effektiv təşkili;

- Malların anbar ərazisində optimal saxlanılmasının rəhbərlik etmək, anbar ərazisindən düzgün istifadə etməklə və malların qəbulu və göndərilməsini asanlaşdırmaqla anbar işinin idarəsini təşkil etmək;

- Məhsulların istifadə müddətinin keçməməsinə nəzarət etmək və elektron sistemdə müvafiq qeydiyyat aparmaq;

- Anbarda olan mal və materialların elektron sistemə uyğun olaraq tərtib və düzənini təmin etmək;

- Mal müşayiət edici sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasına rəhbərlik etmək;

- Anbarda ardıcıllığa uyğun (FİFO qaydalarına uyğun) malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;

- Anbarda olan malların növlərinə görə standarta uyğun yerləşdirilməsini təşkil etmək

- Anbarda olan bütün mal və materialların anbar izləmə sistemi və Bar Kod sisteminə uyğun saxlanılmasını təmin etmək;

- Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun elektron qaydada və sənəd üzərində aparılmasına nəzarət etmək;

- Anbar işinin effektivliyinin artırılması, mal-matrialların saxlanma xərclərinin və daşıma xərclərinin azaldılması, anbar işinin təşkilində müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;

- Anbarda olan mal-materialın təhlükəsizliyinə cavabdeh olmaq.

Your expertise - Our strength

- Ali təhsil

- Ms Office proqramlarında (Word, Excel, Power Point) işləmək bacarığının olması;

- Azərbaycan dili (ingilis dilini bilmək üstünlükdür)

- Sürücülük vəsiqəsi arzuolunandır.

- Peşəsi ilə bağlı yeni biliklər əldə etməyə daim maraqlı olmalıdır.

About Sika

Sika 15 il əvvəl Azərbaycanda fəaliyyətə  başladığı gündən bugünə kimi bütün qrup şirkətləri arasında istehsalı, satışları, insan qaynaqları və Ar-Ge baxımından aparıcı təşkilatlar sırasındadır. Sika İnşaat Kimyəviləri fabriki Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. Ümumi istehsal gücü illik 105 000 ton olan müəssisəmiz 30-dan çox işçisi ilə istehsal sahəsində fəaliyyət göstərir. İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılan fabrik yerli olaraq toz məhsulları və beton, sement qatqıları istehsal edir.

Etibar və inam bizim tərəfdaş və əməkdaşlığımızın əsasıdır və bizi Sika şirkəti edən məhz göstərdiyimiz yüksək xidmət və məhsullarımızla bağlı yeniliklərimizdir.